Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO


14.05.2024  19:22 

“Mbappe gedir və Makron onu saxlaya bilməyəcək”





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı futbol eksperti Emin Abbasovdur. O, Makronun Mbappenin klubdan ayrılmasına qarşı olan cəhdlərindən danışıb.

-Mbappenin PSJ-dən ayrılma qərarından sonra Emmanuel Makron klubdan ayrılmasının qarşısını almaq üçün məsələyə əl atdı. Sizcə, Makronun cəhdləri uğurlu olacaqmı?

Avropada, bəlkə də, Emmanuel Makron qədər futbolçu karyerasına müdaxilə edən ikinci ölkə başçısı yoxdur. Məncə, bu, heç bir halda doğru deyil. Əslində, bizim kimi kiçik futbol ölkələrində dövlət rəhbərinin futbolla maraqlanması, dəstək olması yaxşı haldır.

Amma Fransada özü də şeyxlərin sahibi olduğu bir klubun futbolçusunu hər dəfə Makronun təzyiqi altında PSJ-də saxlamaq kənardan da yaxşı görünmür. Heç kimə sirr deyil ki, Mbappe hər dəfə PSJ-ni tərk etmək istəyəndə, məsələyə Makron qarışıb və onun gedişinə əngəl olub. Amma bu dəfə belə görünür ki, Mbappe gedir və Makron onu saxlaya bilməyəcək. Lakin Fransa prezidenti bu dəfə fərqli üsulla Mbappenin keçidinə çətinlik yaratmaq istəyir. "Real" hələ bir müddət əvvəl Mbappeni 2024-cü il Olimpiya Oyunlarına (24 iyul - 9 avqust) buraxmayacağına dair Fransa Futbol Federasiyasına məktub ünvanlayıb. Makron isə "Real"a təzyiq göstərir ki, klub Mbappeni Olimpiya Oyunlarına buraxsın. Madrid klubunun bu məsələdə razılığa gələcəyini demək çətindir.

Belə bir dolaşıq vəziyyət yaranıb.

Zəhra Niftiyeva

Xəbər 11869 dəfə oxunub.



13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +