Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


23.02.2024  01:54 

“Səhvlərimiz cütün taleyini həll etdi” -“Braqa”nın baş məşqçisi





A+  A-

“Səhvlərimiz cütün taleyini həll etdi”.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub halda gəlmişdik. Mərhələ adlamaq üçün qalib gəlməli idik. Qələbə qazansaq da, bu, mərhələ adlamağa yetərli olmadı. 90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi. Amma bəzi səhvlərə yol verdik. Belə səviyyəli yarışlarda bunları etməməlisən”.

O, cavab görüşündə heyətdə etdiyi dəyişikliklərdən söz açıb: “Farense” ilə görüşdən sonra bu gün daha dinamik oyunçular meydançada olmalı idilər. 90 dəqiqədə ümumi hesabı bərabərləşdirdik. Buraxdığımız ikinci qol məni çox məyus etdi. Belə turnirdə bu cür səhv bağışlanılmazdır. Artıq bunu unudub, qısa müddətdə qarşıdakı matça bərpa olmalıyıq. Komanda bu gün həm fiziki, həm psixoloji cəhətdən çox güc sərf etdi”.

Xəbər 1007 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +