FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Ölməyə vaxt qoydun həkim,
Ölüm, sənin əlindədir?!
Mənim ki, ölüb qalmağım
Gülüm, sənin əlindədir!

Qov dünyamı, gəl dara çək
Oddan suya gəl, ara çək!
Sovur başına çarə tək,
Külüm, sənin əlindədir!

Olub köz-köz yaşamağım-
olubikən olmamağım!
Qalıb söz-söz yaşamağım,
Dilim, sənin əlindədir!

Nə var ki, adam olmağa
Mən, qul olum, sən ol ağa!
Qələm ollam, tale yazmağ
Bilim, sənin əlindədir!

Bu dünyadan mən də keçdim,
İlahi! Mən, dən-dən keçdim!
Mən, səninlə vaxt keçirtdim
Ölüm, sənin əlindədir!

***

Suda saçın yolan pəri,
suyun qurusun,qurusun!
Yolda azıb qalan biri,
suyun durulsun, durulsun!

Oxunmadı alın yazın,
baş-bu yazın,əl-payızın!
Özgəsiylə qaçan qızın,
üzü qaralsın,qaralsın!

Öz ağzında bişir sözü,
söz ağızdan düşər özü!
Tərəzidi bəşər gözü,
sözün yarısın,yarısın!

Yol yeridi bu dərd mənlə,
biri sənlə,dördü mənlə!
Dost yerimir dərd əmənlə,
yeyən yorulsun, yorulsun!

Gəl, bəxtimin qara günü,
qarasından dara günü!
Qov, bu üzdən gora günü,
Göy gurlasın, yer yarılsın!




Xəbər 3033 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +