Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


12.05.2025  16:51 

İcra başçısı özü haqqında sənədli film çəkdirib?





A+  A-

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun özünə həsr olunan sənədli film çəkdirdiyi iddia olunur.

XəzərNews.az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə paylaşılıb.

Məsələ ilə bağlı videoda yer alan, icra başçısının birinci müavini Qalib Xudaverdiyev oxu.az-a açıqlamasında sənədli film iddiasını tamamilə əsassız adlandırıb.

"Heç bir sənədli film çəkilməyib. İki il əvvəl çəkilən ad günü təbrikidir. Daxili, qısa bir təbrik videosudur. İndi kiminsə əlinə keçib, götürüb belə paylaşıb şantaj edirlər. Onu kimin paylaşdığını da bilirik, qərəzçi, öz maraqları üçün hamını şantaj edən adamdır - Asəf İsmayılov adında bir şəxsdir. Vaxtilə bələdiyyə sədri işləyib, müəyyən neqativ hallara yol verdiyinə görə sonra işdən uzaqlaşdırılıb. İndi də belə qərəzlə məşğuldur. Bu video da necəsə əlinə keçib. Dəqiq bilmirəm, ola bilər ki, kimsə öz profilində paylaşıb, o da götürüb belə istifadə edir".

Burada qeyri-adi nə var ki? Adam öz tanıdığı biri ilə bağlı öz şəxsi fikirlərini deyib. Burada qəbahətlik nəsə bir şey yoxdur. Təkrar edirəm, heç bir filmdən söhbət getmir. Hansı icra başçısı özünə film çəkdirir ki? Sadəcə daxili, bir neçə nəfərin səsləndirdiyi bir təbrik olub", - deyə Q.Xudaverdiyev bildirib.



Xəbər 709 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +