Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video


07.09.2021  12:09 

Ermənistanda müxalif millət vəkilləri izlənilir





A+  A-

Ermənistanın hazırkı hökumət nümayəndələri günü-gündən öz təhlükəsizlikləri barədə narahat olmağa başlayıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır. Qeyd olunur ki, xüsusilə də ölkənin Baş naziri Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün hədsiz sayda tədbirlər görülür.

Bununla yanaşı, hakim partiya “Vətəndaş müqaviləsi”ni təmsil edən millət vəkillərinin də təhlükəsizliyi ilə bağlı xeyli tədbirlər görülür.

Nəşr yazır ki, bütün bu qorxu və narahatlıqlara səbəb ölkə parlamentində son zamanlar yaşanan mübahisə və davalar olub.

Həmçinin bildirilir ki, rəhbərliyin göstərişləri əsasında son günlər gənc müxalif millət vəkilləri və digər aktivistlər izlənilir. Nəşrin məlumatına görə, onların hər addımı izlənilir. Belə ki, hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin bir neçə könüllü şəxs müxalif deputatların bütün fəaliyyətlərini və keçirdikləri görüşləri izləməklə məşğuldur.

“Məsələ burasındadır ki, parlamentdə təhlükəsizlik əməkdaşlarının yanında ilhamlanan millət vəkilləri parlamentin binasından kənarda kimlərinsə onları incidəcəyindən narahatdırlar”, - deyə məlumatda qeyd olunub.

Xəbər 2261 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +