Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video


17.05.2021  20:54 

Dmanisidə tərəflər barışdılar





A+  A-

Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılarla svanlar barışıblar.
XəzərNews.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin regional siyasət və özünüidarə komitəsinin sədri Sozar Subari bildirib. Onun sözlərinə görə, Dmanisidəki qarşı tərəflərin nümayəndələri razılığa gələrək barışıblar.

Məlumata görə, şəhər icra hakimiyyətinin binasında mərkəzi və yerli hakimiyyət nümayəndələrinin qarşıdurma iştirakçıları ilə görüşü olub.

"Bu gün baş verənlər dünən baş verən hadisənin davamı idi. Təşkilatçının kim olduğunu bilmirəm, amma bütün bunlar təşkil olunub. Yəqin ki, bu suala cavab tapılacaq. Biz bir ailəyik və bundan sonra da belə yaşamalıyıq", - deyə Subari bildirib.

Qeyd edək ki, arşıdurmalar ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlayıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri qanunvericiliyi pozan və saxlanılan şəxslərin ciddi cəzalandırılacaqlarını deyib. Onun sözlərinə görə, faktla bağlı araşdırmalara başlanılıb və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, insidentlə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbər 2105 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +