Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


04.12.2019  11:07 

Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədən kənar seçkilərdə bir sıra “supriz” insanların da qatılacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

“Bəli, İnşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir. Cənab prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz sualına isə M.Mərdanov “İnşallah. Allah qoysa...” cavabını verib.

Xəbər 1818 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +