Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.04.2025  13:29 

Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan





A+  A-

Ermənistan-Azərbaycan danışıqlarının qısa tarixi göstərir ki, bu prosesdə bir sıra vasitəçilər, o cümlədən Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və müxtəlif ölkələr iştirak edib.

XəzərNews.az xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədən Ermənistan-Azərbaycan prosesində vasitəçi kimi çıxış etməsini xahiş edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Lakin Ermənistanla Azərbaycan arasında aparılan danışıqların tarixi göstərir ki, onlar ən çox ikitərəfli danışıqlar apararkən uğur qazanıblar.Ona görə də tamamilə mümkündür ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olan, Ermənistan-Azərbaycan münasibətlərində sülhdə maraqlı olan bütün dövlətlər bu və ya digər şəkildə bu prosesdə iştirak edə bilər.

Amma konkret danışıqlara gəlincə, biz tək olanda, iki ölkənin nümayəndələri bir otaqda olanda biz bacarırıq, birbaşa danışmaq imkanımız var, əlaqələrimiz var, asanlıqla fikir mübadiləsi aparırıq.

Yəni texniki baxımdan heç bir problemimiz yoxdur. Ona görə də yəqin ki, bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur. Amma yenə də qeyd etdiyim bütün ölkələr, bəlkə də daha bir neçə ölkə müsbət töhfə verə bilər. Ona görə də qarşılıqlı fəaliyyət danışıqlarda vasitəçiliklə məhdudlaşmamalıdır”, - deyə XİN rəhbəri bildirib.

Xəbər 1251 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +