Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.01.2024  08:59 

Pensiya artımları kimlərə şamil ediləcək?





A+  A-

'Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib'.

Xəzərnews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı aparılıb, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

Anar Əliyev deyib ki, 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim olunub.

Nazir müavini müharibə veteranları və qazilər üçün verilən müavinətlərin artırıla biləcəyinə də diqqət çəkib.

O, qadınların pensiya yaşının azaldılmasından da danışıb.

Nazir müavini əlavə edib ki, fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. ``Pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil. Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq``, - deyə Anar Əliyev əlavə edib.



Xəbər 1164 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +