Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.09.2019  12:10 

Son 5 ildə uşaqlara ən çox verilən ADLAR





A+  A-

Son 5 ildə Azərbaycanda uşaqlara ən çox verilən adların statistikası açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son 5 ildə ən çox müraciət edilən ad Yusifdir.

Rəsmi məlumata görə, 5 il ərzində 13 921 uşaq Yusif adlandırılıb. İkinci yerdə 13 397 sayla Zəhra adı qərarlaşıb. Üçüncü yerdə qərarlaşan Əli adı isə 10 403 uşağa verilib. Yeni doğulanlardan 10 008 nəfəri Hüseyn adı ilə qeydiyyatdan keçirilib.

Statistikaya əsasən, sonrakı 4 yeri qız adları bölüşüb. Belə ki, 9507 nəfər qızına Nuray (5-ci yer), 8027 nəfər Fatimə (6-cı yer), 7909 nəfər Zeynəb (7-ci yer), 7633 nəfər Aylin (8-ci yer) adını verib. 9-cu yerdə 7527 adla Ömər, 7327 adla Məryəm qərarlaşıb.

2019-cu ilin 8 ayında dini adlar yenə də üstünlük təşkil edib:

Belə ki, 8 ayda Yusif 1527 nəfərə, Zəhra 1587 nəfərə, Əli 1419 nəfərə, Zeynəb 1029 nəfərə, Aylin və Nuray adlarının hərəsi ayrılıqda 1021 nəfərə verilib.

Xəbər 1611 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +