Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.02.2019  23:11 

Daha bir ukraynalı namizəd “Avrovision”dan imtina etdi





A+  A-

Daha bir ukraynalı namizəd ölkəsini “Avrovision” yarışmasında təmsil etməkdən imtina edib.
XəzərNews.az xəbər verir ki, milli seçim turunda ikinci yeri tutan "Freedom-Jazz Girls” qrupu Ukrayna ictimai televiziyasının təklifinə “yox” deyib və bunu Avropa turuna çıxmaq planları ilə izah edib.

Qrup üzvlərinin sözlərinə görə, avropalı promouterlə müqavilə imzalamaq mərhələsindədirlər və yaxın vaxtlarda baş tutacaq konsert turları ilə bağlı danışıqlar aparırlar.

Bundan sonra Ukraynanı beynəlxalq müsabiqədə təmsil etməsi üçün Milli seçim turunda üçüncü yeri qazanan Kazka qrupuna təklif götürüləcək.

Qeyd edək ki, daha əvvəl seçim turunun qalibi olan müğənni Maruv yarışmadan imtina etmişdi. O, Ukrayna ictimai televiziyası ilə razılığa gələ bilmədiyini açıqlamışdı. Müğənni bildirmişdi ki, müsabiqədəki mövcudluğunu ukraynalı siyasilərin promoaksiyasına çevirəcək şüarlar səsləndirmək niyyətində deyil.

Xəbər 1484 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +