Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.12.2017  17:34 

BMT TŞ Qüdsün statusunu müzakirə edəcək





A+  A-

BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün birtərəfli qaydada İsrailin paytaxtı kimi tanınması ilə bağlı bu şəhərin statusu məsələsini dekabrın 8-də müzakirəyə çıxaracaq.
XəzərNews.az Euronews telekanalına istinadla xəbər verir ki, BMT TŞ-in iclasının keçirilməsi üçün Təhlükəsizlik Şurasının üzvü olan səkkiz dövlət – Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç müraciət ediblər.

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar.

Trampın dünən verdiyi bəyanat regionda gərginliyi artırıb. KİV-lərdə yayılan son məlumatlara görə, artıq İordan çayının qərb sahilində və Qəzzə sektorunda fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar baş qaldırıb.

Xəbər 1361 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +