Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.03.2025  10:26 

Bu restoranın qarşısında diqqətli olun!





A+  A-

Bakının bəzi küçə və prospektlərində radarların olmamasından sui-istifadə edən sürücülər hərəkət sürətini aşırlar. Həmin sürücülərə qarşı inzibati məsuliyyət tədbirləri həyata keçirmək məqsədilə mütəmadi olaraq mobil radarlar quraşdırılır. Yəni yol polisi avtomobilinin üzərindəki radarlar vasitəsilə hərəkət sürətini aşan sürücülər müəyyən edilərək cərimələnirlər.

Belə radarlardan biri də paytaxtın Mikayıl Əliyev küçəsində ("Neolit" şadlıq sarayının qarşısında) quraşdırılıb. Burada hərəkət sürətini aşan bir neçə sürücü sosial şəbəkədə məlumat yayıb.
Sürücülərə tövsiyə olunur ki, sürət həddinə daim nəzarət etsinlər və yalnız radarların və ya cərimələrin qorxusundan deyil, ilk növbədə özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini düşünərək qaydalara əməl etsinlər. Unutmaq olmaz ki, diqqətsizlik və məsuliyyətsizlik təkcə cərimə ilə nəticələnmir, eyni zamanda insan həyatına da ciddi təhlükə yaradır./ avtosfer.az



Xəbər 2286 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +