Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı





A+  A-

Tanınmış şair, İstanbul-Azərbaycan Kültür Evinin rəhbəri Hikmet Elp Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrə, Azərbaycan həqiqətlərinin yayılmasında verdiyi dəstəyə gorə Türk Ağsaqqalları Birliyi - TAİB tərəfindən mükafatlandırılıb.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, TAİB-in təşkilatçılığı ilə mərkəzi ofisdə təşkil olunan "Qərbi Azərbaycana qayıdış konsepsiyası: İctimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda Dəyirmi masada çıxış edən Hikmət Elp bildirib ki, iki ölkə arasında qarşılıqlı qardaşlıq münasibətlərinin kökü qədimlərə dayanır:

"Azərbaycanın zaman-zaman başına gətirilən müsibətlər türk qardaşları olaraq bizim də özəl məsələmiz sayılır. Ərazi bütövlüyü bərpa olunan Azərbaycan Respublikasının qədim türk torpağı olan Qərbi Azərbaycana qayıdış konsepsiyası xalqın doğal haqqından doğan tarixi zərurətdir. Biz hər zaman can Azərbaycanın yanındayıq və sonsuzadək də yanında olacağıq".

Xəbər 5506 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +