Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


06.11.2017  14:18 

Azərbaycandakı türmələrdə “vorzakon” var?





A+  A-

Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı “qanuni oğru”su "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.
O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı “qanuni oğru” oldu. Hazırda xarici ölkələrin həbsxanlarında saxlanılan azərbaycanlı “qanuni oğrular”dan Rüfət Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.

Azərbaycanda “Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə ölkə həbsxanalarında “qanuni oğru”ların sayı sıfıra enib.

XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a “qanuni oğru” aləminə yaxşı bələd olan, kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi məlumat verib.

O qeyd edib ki, dünyanın bir çox ölkələrində azərbaycanlı “qanuni oğrular”, kriminal aləmin nüfuzlu avtoritetləri yaşayır:

“İrkustkda, Yeketerinburqda, Moskvada, Türkiyədə yaşayan azərbaycanlı avtoritetlər var. Onlar hazırda azadlıqdadırlar. “Gəncinski” adlan avtoritet Rövşən Lənkəranskinin yaxın adamı idi. O, hazırda Samarada həbsxanadadır. Hacı Talıbxanlı deyilən biri vardı Türkiyədə tutmuşdular. Səhv etmirəmsə, hazırda Moskvadadır”.

B.Çələbi bildirib ki, “qanuni oğrular”ın konkret yerləri barədə məlumatlı olsa da, açıqlamaq niyyətində deyil:

“Çünki bir neçə dəfə olub ki, “lotular” onlar barədə məlumat verən şəxslərə xəsarət yetirilib. Yadımdadır ki, “Lotu Quli”nin qohumunun birinin yerini demişdilər. Onu Türkiyədə ölənə qədər döymüşdülər. Birinin qulağını kəsdilər, o birinin dilini kəsdilər. Ona görə də mən həyatımı təhlükəyə ata bilmərəm. O zaman “işverən” kimi görünərəm. Qəti şəkildə onların yerini demək olmaz”.

Xəbər 1531 dəfə oxunub.



26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +