Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


02.11.2018  17:52 

Azərbaycanda bu hakimlərin vəzifələri dəyişdirildi - Siyahı





A+  A-

Milli Məclis hakimlərin təyin edilməsi haqqında qərar verib.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Hüseyn oğlu Əkbərov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Firudin oğlu Hacıyev isə vəzifəsi dəyişdirilərək Ali Məhkəmənin hakimi təyin edilib.

Aşağıdakı hakimlər isə vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Vahid Nəriman oğlu Sadıqov - Qəbələ Rayon Məhkəməsinin sədri
İlham Bayram oğlu Əhmədov - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şərafət Asif qızı Məmmədova - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şeyda Ədalət qızı Məhərrəmova - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
Habil Çingiz oğlu Məmmədov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi
Elmar Eldar oğlu Rəhimov -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
İlham Əziz oğlu Kərimli - Abşeron Rayon Məhkəməsinin hakimi

Milli Məclisin digər qərarı ilə aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:

Elşad İbiş oğlu Əliyev - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi
Fuad Kamil oğlu Soltanov - Lənkəran Rayon Məhkəməsinin hakimi
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilənlər:
Hökümə Çingiz qızı Babayeva,
Ruhiyyə Orucəli qızı Əsgərova,
Fuad Əli oğlu Məmmədov,
Məhəmmədəli Əsəd oğlu Rzayev.

Gəncə Hərbi Məhkəməsinin hakimi Salman Bilal oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilənlər:

Mübariz Rahil oğlu Hüseynov - Ağstafa Rayon Məhkəməsinin hakimi
Vəzirxan İsgəndər oğlu Məlikov - Yevlax Rayon Məhkəməsinin hakimi

Qərar imzalandığı gündən qüvvəyə minib.

Xəbər 1862 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +