İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


15.11.2021  11:15 

Bakıda Beynəlxalq Biznes Forum keçirilir





A+  A-

Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.

XəzərNews.az xəbər verir ki, tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.

IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Tədbir çərçivəsində, həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.



Xəbər 3148 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +