İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


23.05.2021  21:38 

Premyer Liqada mövsümə yekun vuruldu





A+  A-

Bu gün İngiltərə Premyer Liqasında sonuncu – 38-ci turun oyunları keçirilib.
XəzərNews.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda oynanılıb.

Çempion “Mançester Siti” son turda doğma meydanda “Everton”u qəbul edib və darmadağına sevinib. Turnir cədvəlinin ikinci sırasında yer alan “Mançester Yunayted”in rəqibi “Vulverhempton” olub. “Qırmızı şeytanlar” səfərdən qələbə ilə dönüblər.

“Liverpul” doğma meydanda “Kristal Pelas”ı qəbul edib və inamlı qələbə qazanıb. Nəticədə, “qırmızılar” mövsümü üçüncü pillədə başa vurublar. “Çelsi” isə çətin “Aston Villa” səfərindən xalsız dönüb və medalçılar sırasına düşə bilməyib. Amma bu, “zadəganlar”ın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına mane olmayıb. Son turda evdə “Tottenhem”ə məğlub olan “Lester Siti” beşinci yeri tutub. “Vest Hem” isə “Sauthempton”u darmadağın etməklə mövsümü altıncı pillədə başa vurub. Nəticədə, “Lester Siti” ilə “Vest Hem” Avropa Liqasına vəsiqə qazanıb. Yeddinci yerlə kifayətlənən “Tottenhem” isə İngiltərəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Son üç pilləni tutan “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” Premyer Liqanı tərk edib.

İngiltərə Premyer Liqası
38-ci tur
23 may

Liverpul – Kristal Pelas 2:0
Qol: Mane, 36; 74.

Şeffild Yunayted – Bernli 1:0
Qol: Makqoldrik, 24.

Fulhem – Nyukasl 0:2
Qol: Uillok, 23. Şar, 88.

Mançester Siti – Everton 5:0
Qol: De Bruyne, 11. Q.Jezus, 14. Foden, 53. Aquero, 71; 76.

Lids – Vest Bromviç 3:1
Qol: Rodriqo, 17. Fillips, 42. Bemford, 78 – Robson-Kanu, 90.

Lester – Tottenhem 2:4
Qol: Vardi, 18-pen; 52-pen – Keyn, 41. Şmeyxel, 76. Beyl, 87; 90+6.

Vulverhempton – Mançester Yunayted 1:2
Qol: Semedo, 39 – Leanqa, 13. Mata, 45+4-pen.

Vest Hem – Sauthempton 3:0
Qol: Fornals, 30; 33. Rays, 86.

Aston Villa – Çelsi 2:1
Qol: Traore, 43. El Qazi, 52 – Çiluell, 70.

Arsenal – Brayton 2:0
Qol: Pepe, 49; 60.

Xəbər 2126 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +