İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


22.06.2018  16:37 

Azərbaycanda kombayn çatışmazlığının səbəbi nədir?





A+  A-

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların sayının artırılmasına ehtiyac var".

Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.

"Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".

Xəbər 1780 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +