İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


09.06.2017  11:26 

Federasiyalara ayrılan pul kəsilə bilər





A+  A-

Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.
XəzərNews.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Bədən tərbiyəsi və idman haqqında" qanunun 11-ci maddəsinə (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) 11.2.9-cu və 11.2-1-ci bəndlərin əlavə edilməsi təklif edilir.

11.2.9-cu bəndə əsasən, idman federasiyaları "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanuna və milli antidopinq qrumunun qaydalarına uyğun olaraq idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etməlidir.

11.2-1-ci bəndə əsasən isə respublika idman federasiyaları tərəfindən bu qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənə qədər kəsilməsinə səbəb olur.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

Xəbər 1506 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +