Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


25.11.2022  14:47 

Ukraynalı müğənni persona non qrata elan oluna bilər





A+  A-

Əvvəllər Rusiyada çıxış edən və yaşayan ukraynalı müğənni Svetlana Loboda tezliklə Litvada persona non qrata ola bilər. Buna səbəb sənətçinin Rusiya tərəfindən işğal olunmuş Krıma qanunsuz səfər etməsidir.

XəzərNews.az xəbər verir ki, bu qərarı xarici işlər nazirinin nümayəndəsi Paulina Levickite elan edib.

Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ukraynalı tərəfdaşlarla məsləhətləşmələrdən sonra ifaçını persona non qrata siyahısına əlavə edəcəyik.

Litvanın mədəniyyət naziri Simonas Kairis isə bildirib ki, Loboda əvvəllər Ukrayna pasportu olduğu üçün digər rus ulduzları ilə birlikdə arzuolunmaz şəxslər siyahısına daxil edilməyib:

"İndi bu qadağa məşhurun ​​Litvada qastrol səfəri planlaşdırdığı üçün onun konsert fəaliyyətinə də təsir edəcək. Tədbir təşkilatçıları investisiyalarını riskə atdıqlarını bilməlidirlər".

Qeyd edək ki, Svetlana Loboda mayın 9-da işğal olunmuş Krıma səfər edib.

Lalə
XəzərNews.az


Xəbər 942 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +