Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.02.2020  19:56 

Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı QƏRAR





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
XəzərNews.az xəbər verir ki, namizədin ərizəsi barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

B. Hacıyev bildirib ki, həmin dairədə nəticələr ləğv edilsin.

R. İbrahimov bildirib ki, şikayətçi səsvermə günü 22 məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib. O, ərizəyə 1 ədəd elektron daşıyıcı təqdim edib.

Araşdırma nəticəsində qərara alınıb ki, 29 saylı dairə üzrə 1,5,9,11,17,25 saylı məntəqələrin nəticələri etibarsız hesab edilsin. MSK qərarı təsdiqləyib.

B. Hacıyev çıxışında bildirib ki, bu dairədə bütün yerli və beynəlxalq ictimaiyyətin gözü var: “Ona görə bu dairə yaxşı araşdırılmalıdır. Səslər digər namizədin xeyrinə çox yazılıb. Möhürlü-imzalı protokolda olan səslərlə açıqlanan səslər arasında fərq var”.

MSK sədri namizədə bildirib ki, 23-cü məntəqədən narahat olmasın, onu araşdıracağıq.

Qeyd edək ki, sözügedən dairənin lider namizədi Nigar Arpadaraidir.

Xəbər 1788 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +