İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


20.11.2020  10:56 

DİN-dən xəbərdarlıq - Sabahdan küçədə də maska taxılmalıdır





A+  A-

Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:

“Karantin vaxtı polislər daim xidmətdə idi. Yeni qərardan sonra bu nəzarət daha da gücləndiriləcək. İnsanların küçədə, parklarda maskadan düzgün istifadə etməsinə nəzarət olunacaq.

Burada vətəndaşların yalnız maskadan istifadə etməsi yox, düzgün istifadə etməsinə nəzarət olunacaq. Maska ağız və burunu tam qapatmalıdır. Maskanı çənəyə taxıb gəzməklə karantin qaydasına əməl etmək olmur. Maskadan düzgün istifadə etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”.

Qeyd edək ki, maskadan düzgün istifadə etməməyə görə cərimə fiziki şəxslər üçün 100 manatdır.

Xəbər 3248 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +