Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.09.2020  13:21 

Tofiq Yaqublu palataya köçürülüb





A+  A-

Hazırda həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu müalicə olunduğu xəstəxanada palataya köçürülüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə onun qızı Nigar Həzi məlumat verib. O bildirib ki, T.Yaqubluya gecə sistem qoşularaq yatızdırılıb: “Reanimasiyadan palataya köçürülüb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

O, aclıq aksiyası keçirdikən 11 gün sonra müalicə olunması üçün "City Hospital"a köçürülüb.

Xəbər 2164 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +