Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.08.2020  11:43 

Küçədə daha bir koronavirus xəstəsi saxlanıldı





A+  A-

Paytaxtın Sabunçu rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunub.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Xəbər 2003 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +