Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


21.07.2020  18:04 

Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydı





A+  A-

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyi açıqlama yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Azərbaycanın Serbiyadakı səfirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında tərəfimizdən dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

Məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb.

Hal-hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək.

Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +