Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.10.2018  14:46 

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı





A+  A-

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, rayonun M.Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Emin Adilov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

E.Adilovun ərtafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. Saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan material araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.

Gördüyünüz şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu Polis Şöbəsinə müraciət edə bilərlər.

Xəbər 1573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +