Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


19.09.2018  21:53 

Bakıda metroda texniki nasazlıq yaranıb





A+  A-

Metroda qatarda texniki nasazlıq yaranıb.
XəzərNews.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May” stansiyasında baş verib.

“İçəri Şəhər”- “Həzi Aslanov” marşrutu üzrə hərəkətdə olan qatar “28 May” stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn “Dərnəgül”- “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Nizami” stansiyası ilə “28 May” stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə “Nəriman Nərimanov” stansiyasına qədər gələrək sərnişinləri düşürüb, depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

Xəbər 1668 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +