“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


21.07.2022  12:16 

Bu məntiqlə Səfər Mehtiyev gərək Aydın Əliyevdən 10 dəfə çox bu posta qalardı...





A+  A-

Komitə sədri Səfər Mehtiyev işindən azad oldu. Bir neçə il bundan əvvəl onunla bağlı müzakirələrdə Komitənin fəaliyyəti ilə bağlı çoxlu tərif deyən insanlar indi çox asanlıqla fərqli fikirlər yazırlar. Adam belə işlərə qoşulanları seyr edir...

Bütün dövrlərdə konyuktura insanları üçün “gələnə çəpik, gedənə təpik” prinsipi əsas deviz olub. Ləyaqətli insanlar yeri gələndə insanın üzünə tənqid, arxasınca isə tərif edərlər. İndi baxıram ki, it izi at izinə qarışıb...

Komitə sədrinin səlahiyyətlərini icra edən şəxs İsmayıl Hüseynovdur. Baza təhsili iqtisadiyyatdır. Lakin iqtisadi bilikləri və təfəkkürü ilə bağlı istinad edə biləcək elə bir rəyim yoxdur. Çıxışlarının mətnindən təhlil keyfiyyəti və fiskal siyasətin əsas istiqamətləri ilə bağlı heç bir fikir söyləyə bilməyəcəm. Çünki Gömrük sistemi elə bir sahədir ki, danışmaqdan və özünüifadədən daha çox büdcədaxilolmalarında öhdəliklərlə bağlı yığımı nə dərəcədə təmin etmək əsas götürülür. Əslində bu məntiqlə Səfər Mehtiyev gərək Aydın Əliyevdən 10 dəfə daha çox bu posta qalardı. Çünki gömrük öhdəliklərindən daha çox büdcə daxilolmalarına edilən yığımlar məhz son 5 ildə baş verib. Demək, başqa meyarlar əsas götürülür. Bunu biz də bilmirik...

İsmayıl Hüseynovla bir məhəllədə böyümüşük. Daha doğrusu sonradan bizim məhəlləyə köçmüşdülər. Naxçıvan şəhərində 10 saylı məktəbin stadionu bizim "Millenium" və ya "Santyaqo Bernabeu" idi. O vaxtlar hər ikimiz yaxşı futbol oynayırdıq. İndi də bilmirəm, iqtisadi şahmatı zər atmaqla oynayacaq, yoxsa qrossmeyster kimi...

Məhəmməd Talıblı
İqtisadçı

Xəbər 1512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +