Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


09.07.2020  12:27 

Postlardan qaytarılan maşınların sayı açıqlandı





A+  A-

Dünən Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 08.07.2020-ci il saat 00:00-dan 09.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 213 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
XəzərNews.az xəbər verir ki,bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər 1808 dəfə oxunub.



14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +