Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


22.01.2020  11:20 

Özbəkistandakı səfir Novruz Məmmədovun yalanını çıxardı





A+  A-

Ötən gün tanınmış jurnalist Aida Eyvazova Modern.az saytında dərc edilən “Seyid Əzim Şirvaninin nəticəsi Azərbaycana gəlmək istədi, Elxan Süleymanov aldatdı, Novruz Məmmədov mane oldu” (https://modern.az/az/news/224431?fbclid=IwAR0KkUtiUJOl0c2RrLm2JgPBmy5JpiQDc9Z-uDb1h3YDpHvrX8tEzCWugvk) yazısında keçmiş baş nazir Novruz Məmmədovu ittiham edərək onun Seyid Əzimin nəticəsinin Azərbaycana gəlməsinə mane olduğunu yazmışdı.
XəzərNews.az bildirir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Novruz Məmmədovla əlaqə saxladə və o, saytımıza açqılamasında bu məsələdən heç vaxt xəbərinin olmadığını bildirdi.

Ölkəmizin Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev isə Novruz Məmmədovun verdiyi açıqlamaya cavab verib.

O, Novruz Məmmədovun məsələnin birbaşa içində olduğunu və məktubun 2013-cü ildə ona çatdığını söyləyib.

“Seyid Əzim Şirvaninin nəticəsi Fatma Seyidin Azərbaycana gəlmək istəməsi barədə məktub Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova təqdim edilib. Məsələni təsdiq etmək üçün gəlib orada da bunu deyə bilərəm. Olan şeyi deyirəm”.

Hüseyn Quliyev məsələnin detallarını da açıqlayıb:

“Həmin qadını jurnalist Aida Eyvazova tapmışdı. Yataqxanada yaşayırdı o qadın. Mən də bütün bunları cənab Prezidentə məktubumda qeyd etdim. Cənab prezident Novruz Məmmədova məsələnin araşdırılıb ona məlumat verilməsini tapşırmışdı. Məsələnin üzərindən 5 ay keçəndən sonra Novruz Məmmədova zəng etdim. Məsələni xatırlatdım. O da “bunu araşdırmağa vaxtım yoxdur” deyə cavab verdi.

Mən də təəccübləndim ki, necə ola bilər cənab Prezidentin tapşırdığı məsələyə belə yanaşsın? Bəs, bunun nəyə vaxtı var?! Mən də məsələni Cəmilə xanıma bildirdim. Cəmilə xanım bunlara deyəndən sonra heç demə bunlar məktubu itiriblər. 10 gün məktubu axtardılar. Ancaq tapdıqlarını demədilər”.

Səfir Fatma Seyidin qızının erməni ilə ailə qurmasına da aydınlıq gətirib:

“10 gündən sonra Novruz Məmmədovun köməkçisi mənə zəng edib dedi ki, “o qadını bura gətirə bilmərik. Çünki onun qızının yoldaşı ermənidir”. Bu sözdən sonra məsələnin ciddi olduğunu başa düşdüm. Bu məsələnin dəqiq olub-olmadığını araşdırmağa başladıq. Fatma xanımın qızının yoldaşının atası azərbaycanlı, anasının isə anası tacik, atası isə erməni idi, 25% erməni idi”.

Xəbər 1577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +