“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


26.01.2018  09:25 

Azərbaycanda ürək əməliyyatları çoxalıb





A+  A-

Azərbaycanda son dövrlərdə ürək-damar sistemi xəstəliklərinə görə edilən cərrahiyyə əməliyyatlarının sayı xeyli artıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov deyib. Baş cərrah bunu son dövrlərdə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin sayının çoxalması ilə izah edib.

H.Bağırovun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada bu xəstəliklərindən əziyyət çəkənlərin sayı həddindən artıq çoxalıb.
Mütəxəssis əlavə edib ki, ölkə üzrə edilən cərrahiyyə əməliyyatlarının siyahısında ürək-damar sistemi xəstəliklərindən sonra ikinci yerdə onkoloji xəstəliklərə, üçüncü yerdə isə travmatik xəstəliklər, yəni travma ilə olan patologiyalara görə edilən əməliyyatlar dayanır.

Bölgələr üzrə daha çox hansı əməliyyatların edildiyinə gəldikdə, SN-nin baş mütəxəssisi qeyd edib ki, cərrahiyyə əməliyyatlarının tipləri həmin bölgənin əhalisi arasında daha çox hansı patologiyaların müşahidə olunmasından asılıdır:

"Məsələn, Şəki, Qəbələ zob xəstəliyi üçün lokal yerdir. Buna görə də burada zob əməliyyatları daha çox olur. Əhalinin böyük bir hissəsi Bakıda cəmləşib. Bakıda isə əhali müxtəlif tiplərdən olan cərrahiyyə əməliyyatlarına məruz qalır. Amma ümumilikdə götürdükdə ölkə üzrə ürək-damar sistemi xəstəliklərinə görə edilən əməliyyatların sayı xeyli çoxalıb".

Baş cərrah deyib ki, dövlət xəstəxanalarında həyata keçirilən cərrahiyyə əməliyyatları zamanı baş verən ölüm halları ilə bağlı Səhiyyə Nazirliyinə rəsmi məlumat verilir.

Qeyd edək ki, Milli Məclisin üzvü Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda əhali arasında ölüm hallarının əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu açıqlayıb: "Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var".

Xəbər 1458 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +