“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


09.02.2018  22:37 

Bakıda aptek sahibi həbs edildi





A+  A-

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə paytaxt sakinlərinin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.
Bakı şəhər prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı “Çinar Pharmaceuticals” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edildiyindən Bakı şəhər prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edilən aptekin sahibi olmaqla həmin aptekə faktiki rəhbərlik edən Qasımov Natiq İdris oğlu cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.

N.Qasımov iş üzrə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1607 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +