“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


20.04.2018  15:37 

Bələdiyyə sədri 4 min cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
XəzərNews.az xəbər verir ki, əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiyinə görə Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbər 1869 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +