Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.04.2025  11:33 

Türk dövlətləri Kıbrıs Türk Cümhuriyyətini qəpik-quruşa Qərbə satdılar





A+  A-

Avropa Birliyi Türkistana 10 il ərzində 12 milyard avro sərmayə qoyacaq. Yəni Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın payına ildə 200 milyon avro düşə, ya düşməyə. Və bu ölkələr Yunan Kiprini rəsmən tanıyaraq, orada səfirlik açırlar.

Yəni dolayısı ilə Kıbrıs Türk Cümhuriyyətini Yunan Kiprinin tərkib hissəsi kimi qəbul ediblər. Həm də Türkiyəni işğalçı dövlət kimi tanıyırlar...

Mənim üçün bu, son dərəcə sarsıdıcı olaydı. Türk dövlətləri Kıbrıs Türk Cümhuriyyətini qəpik-quruşa Qərbə satıblar. Özü də təkcə Kıbrıs Türk Cümhuriyyətini yox, Turanı da, Türki Birliyini də.

Azərbaycanın bu məsələdə tutduğu mövqe isə alqışa layiqdir...

Türkiyə isə başını itirib. Bu məsələ ilə bağlı rəsmi açıqlama verə bilmir. Deyə bilmirlər ki, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan Türk Birliyini Qərbin puluna satdı. Heç şübhəsiz ki, nə etdiklərinin fərqindədirlər. Elə ona görə də Türkiyədə keçirilən “Antalya Diplomatiya Forumu”nda bu ölkələr gözə dəymədi.

Əvvəl Rusiya Türk Dövlətlərinin bir araya gəlməsinə imkan vermirdi, indi də Avropa Birliyi təşəbbüsü ələ alıb.

Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan Çin və Rusiya təhlükəsi ilə üz-üzədir. Bu ölkələr təcavüzə məruz qalsa Avropa Birliyi nəsə edəcəkmi? Etməyəcək. Ən yaxşı halda quru bəyanat verəcəklər...

Əlbəttə, yaşı 100 ili aşan Turan davası bununla bitmədi. Mübarizə davam edəcək. Əminəm ki, Türkistan türklüyü bununla razılaşmayacaq.

Elbəyi Həsənli
Sürix


Xəbər 1684 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +