Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


09.11.2019  18:24 

Azərbaycan hər birimizin doğma evidir!





A+  A-

9 noyabr tarixi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün ən əziz bayram günüdür.
Cəmi on il əvvəl, 2009-cu ilin 17 noyabr tarixində Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi barədə” sərəncam imzalayıb. Həmin ilin 4 dekabr tarixində isə Milli Məclis 9 noyabr gününü Dövlət Bayrağı Günü olaraq rəsmən təsdiq edib.

Bu qərar həm tarixi ədalətin bərpa olunması, həm də övladlarımızın, böyüyən nəslimizin milli vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət daşıyır. Axı Xalq Cumhuriyyəti dövründən bizə yadigar qalan üç rəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə sadiq olduğunu əyani göstərir. Həmçinin dövlət müstəqilliyi bərpa olduqdan sonra ölkəmizin bütün vətəndaşları üçün dövlət bayrağı milli suverenliyin rəmzi kimi müqəddəs dövlətçilik atributuna çevrilib. Belə ki, dövlətçiliyimizi qoruyub saxlamağa hansı ölkənin vətəndaşı olursa-olsun hər bir azərbaycanlı həyatını həsr etməli, bu yolda var qüvvəsi ilə çalışmalıdır.

Azərbaycan hər birimizin doğma evidir, bu evi qorumaq, bu evi abadlaşdırmaq, sahmana salmaq xalqımızın hər bir fərdi üçün öncül məsələdir. Bununla yanaşı Azərbaycan müxtəlif xalqların vətənidir. Həmin xalqların övladları da doğma yurdun azadlığı, ərazi bütövlüyü
uğrunda azərbaycanlılarla çiyin-çiyinə vuruşublar. Onlar da müxtəlif idman, zəka, siyasət meydanlarında doğma ölkələrini tanıdıb, adını ucaldıb, bayrağını dalğalandırıblar. Və hər bir azərbaycanlı kimi doğma Azərbaycanın bayrağını yüksələn görəndə sevinc göz yaşlarını
axıdıblar.

Ukraynada yaşayan azərbaycanlılar da öz ölkələrinə sədaqəti qoruyaraq ata-babalarının Vətənini daim xatırlayır, onun rifahı, onun güclənməsi üçün əllərindən gələni etməyə hazırdırlar. Hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının ən ümdə arzusu üç rəngli bayrağımızın Şuşada, Xankəndində, bu gün işğal altında olan bütün torpaqlarımızda yüksəldiyini görməkdir – buna şübhəm yoxdur. Bu arzumuzun çin olacağı gününün yaxın olduğuna da əminəm.

Allah Azərbaycanımızı hifz etsin!


Hikmət Cavadov,
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru


Xəbər 1958 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +