Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


26.10.2018  14:43 

Sürüşmə zonasının sakinləri evlərinə qayıtdılar





A+  A-

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 villanın sakini evlərinə qayıdıb.
XəzərNews.az xəbər verir ki, sakinlər Səbail rayon İcra Hakimiyyətinin müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlığına məhəl qoymayaraq, evlərində yaşamağa davam edirlər.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər. Eyni zamanda qeyd ediblər ki, “bu, onların öz seçimidir. İcra Hakimiyyəti yarana biləcək təhlükə ilə bağlı onları evlərini tərk etmələrilə bağlı xəbədar edib”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Sakinlər evdə olmadığı müddətdə villalar gözətçilər tərəfindən qorunur.

Xəbər 1586 dəfə oxunub.



30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +