Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


28.12.2017  14:46 

“Grand Hospital”da öldürülən qızın FOTOLARI - “Biz onu bağışlamamışıq ...”





A+  A-

Dekabr ayının 5-də "Grand Hospital”da həkim səhvi ucbatından dünyasını dəyişmiş Ayşən Mirzəyeva üzərində aparılan ekspertiza nəticələri ayın sonunda açıqlanacaq.
XəzərNews.az-ın məlumatına görə, bu barədə BakuPost.az-a açıqlamasında mərhumun babası Əlimusa Mirzəyev deyib. O bildirib ki, nəvəsinin ölüm işi Nərimanov rayon Prokurorluğunda araşdırılır: "Deyirlər ki, ekspertizanın rəyini gözləyirlər. Ayın axırına açıqlanacağını demişdilər, amma hələ bir şey yoxdur. Gedib ifadə vermişik. Nəvəmin ölümünə səbəb olan invaziv radioloq İlqar Hüseynov da ifadə verib. İzahatında nə dediyini bilmirik, amma biz onu bağışlamamışıq. Onunla aramızda hansısa barışıqdan söhbət gedə bilməz”.

Ə. Mirzəyevin sözlərinə görə, "Grand Hospital”dan onlara İ. Hüseynovun işdən çıxarıldığı deyilib: "Bizə deyiblər ki, həmin həkimi işdən azad etmişik. Amma bizim yasımız var, gedib maraqlanmamışıq ki, düz deyirlər, ya sadəcə bizi sakitləşdirmək üçün belə addım atıblar”.

Mərhumun babası Ayşənin fotolarını da göndərib və mətbuatdan onun nəvəsinin ölüm işinin diqqətdə saxlanılmasını xahiş edib: "Hörmətli media nümayəndələri, xahiş edirəm ki, bizə kömək edəsiniz. Sap-sağlam Ayşənimin ölümünə bais olanların cəzasız qalmasını istəmirik”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.




Xəbər 1906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +