Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


14.04.2017  13:17 

Deputatdan İTTİHAM: “Restoranlarda camaata at-eşşək əti yedirirlər“





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib.
XəzərNews.az-ın xəbərinə görə, deputat deyib ki, 11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir”.

O bildirib ki, Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, biz bu işlərlə qane ola bilmərik.

“Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”. F.Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə də diqqət çəkib:

“Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir.

Elə qiymət qoyurlar ki...Bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilməlidir axı. Heç olmasa bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.

Xəbər 1516 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +