Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


07.12.2019  10:43 

Azərbaycanda nigah qurmağın yaşı artıb





A+  A-

Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, son 29 il ərzində (1989-2018) ilk dəfə olaraq, ötən il rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi qeydə alınıb.

Belə ki, keçən il nikaha daxil olan kişilərin orta yaşı 29 olub.

Ümumilikdə götürdükdə, ölkədə nikaha daxil olan kişilər arasında 2002-2003 və 2014-2018-ci illərdə də orta nikah yaşı çox olub.

Ölkədə 2002, 2003, 2014, 2015, 2016-cı illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb. 2017-ci ildə evlənən kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.

2018-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da orta nikah yaşı artıb. Ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990 və 2018-ci illərdə qeydə alınıb.

1990-cı ildə nikaha daxil olan qadınların orta yaşı 24,3 olub ki, bu göstərici son 28 ildə ilk dəfə olaraq, 2018-ci ildə yenilənib. Belə ki, 2018-ci ildə də qadınların orta nikah yaşı 24,3-ə yüksəlib.

Xəbər 1732 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +