Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


04.10.2023  14:29 

Rusiya İstanbul görüşünü təsdiqlədi





A+  A-

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib

Xəzərnews.az Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xİ-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, “Politico” nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb.

Mətbuat katibi qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Qeyd edək ki, “Politico”nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.

Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.

Kremlin sözçüsü Dmitri Peskov da “Politico” nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ, Aİ və Rusiyanın Qarabağla bağlı görüşü ilə bağlı nəşrdə çoxlu qeyri-dəqiqlik və səhvlər var.

“Təmaslar olub, amma yazılan kimi deyil”, - deyə Kreml rəsmisi əlavə edib.

Xəbər 3581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +