Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


25.11.2020  14:46 

Qarabağda sülhməramlıların sayı artırılıb?





A+  A-

“Dağlıq Qarabağdakı sülhməramlı missiyanın genişləndirilməsi ilə bağlı təəssüratlar yanlışdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda sülhməramlı missiyanın genişləndirilməsi barədə iddianı şərh edərkən bildirib. O qeyd edib ki, sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işlərini qarışdırmamaq vacibdir.

“Xeyr, bu səhv bir təəssüratdır. Bir tərəfdən, onları bir-birindən tamamilə ayırmağa ehtiyac yoxdur, ancaq münaqişə tərəflərinin təmas xəttində dayanan hərbi sülhməramlılarımızın missiyasını bir humanitar mərkəzlə - orada açılan və fəaliyyət göstərən ortaq bir humanitar mərkəzlə qarışdırmağa ehtiyac yoxdur”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Xəbər 2814 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +