Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


08.07.2024  20:10 

Qubada “Cinayətkarlığa qarşı mübarizə“ adlı tədbir keçirilib -Foto





A+  A-

Quba rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin "Cinayətkarlığa qarşı mübarizə" adlı tədbiri keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirdə Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri Fariz Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Görüşün mahiyyəti əsasən insan alveri ilə mübarizə, xilas yolları və qabaqlayıcı maarifləndirmədən ibarət olub. Görüşü açıq elan edən “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbir iştirakçılarına cinayətkarlığa qarşı mübarizə, insan alveri ilə mübarizə yolları haqqında geniş məzmunda çıxış edərək məlumatlar verib. Daha sonra tədbirdə iştirak edən ekspertlərin çıxışları dinlənilib. Tədbir gənclər tərəfindən maraqla qarşılanıb və sonda xatirə şəkili çəkdirilib.



Xəbər 24555 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +