Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


09.12.2021  19:52 

Zaxarovadan Qarabağ açıqlaması: “Moskva ümid edir...”





A+  A-

“Moskva iki dövlətin sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin tezliklə formalaşdırılmasını gözləyir”.

XəzərNews.az xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

M.Zaxarova bildirib ki, yüksək səviyyəli Soçi razılaşmaları Azərbaycanın və Ermənistanın normallaşdırılma üzrə bundan sonrakı addımlara hazır olduqlarını təsdiq etdi:
“Həm Bakı, həm də Yerevanla əlaqələrdə biz həmin razılaşmaların ardıcıl surətdə icrası, o cümlədən sərhədyanı mübahisələrin nizamlanması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üzərində çalışırıq. Cari il noyabrın 26-da şərtləşdirildiyi kimi, Tərəflərin sorğusu üzrə Rusiyanın konsultativ köməyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və daha sonra demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalıdır. Biz, həmçinin komissiyanın tərkibində iki ölkənin milli nümayəndə heyətlərinin tezliklə formalaşdırılmasını gözləyirik. Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrup çərçivəsində səylər də davam edir”.

M.Zaxarovanın sözlərinə görə, biz ümidvarıq ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündə üçtərəfli razılaşmaların icrasına sadiqlik təsdiqlənəcək:

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönələn hər cür səyləri alqışlayırıq. Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm əlaqələrin davam etməsini vacib sayırıq və iki dövlətin rəhbərinin dekabrın 15-də Brüsseldə nəzərdə tutulan görüşünün yekunları üzrə üçtərəfli razılaşmaların icrasına sadiqliyin təsdiqlənəcəyinə ümid edirik”.

Xəbər 1787 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +