Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


06.12.2021  17:28 

Bu məktəbdə yeni direktora etiraz etdilər - Video





A+  A-

Ağsu rayonunun Pirhəsənli kəndinin bir qrup sakini kənd məktəbinə yeni direktor təyin olunmasına etiraz edirlər. Onlar yeni direktor Aqil Həsənovla bağlı bir neçə aksiya keçiriblər.

Bununla bağlı sosial şəbəkədə videogörüntülər yayılıb. Övladı bu məktəbdə təhsil alan valideynlərin sözlərinə görə, əvvəllər Ağsu Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan A. Həsənov işinin öhdəsindən gələ bilmədiyinə görə işdən çıxarılıb. Onlar iddia edirlər ki, yeni direktor məktəbdə də vəzifəsinin öhdəsindən gələ bilməyəcək. Kənd sakinləri həmçinin bu səbəbdən öz uşaqlarını məktəbə göndərməkdən imtina ediblər.

Məsələ ilə bağlı Pirhəsənli kənd tam orta məktəbinin direktoru Aqil Həsənovla əlaqə saxladıq. Direktor “Qafqazinfo”ya artıq problemin həll olunduğunu bildirdi: “Problem artıq həll olunub, hazırda məktəbdə heç bir problem yoxdur. Biz bu barədə nazirliyə öz mövqeyimizi bildirmişik. Onlardan da soruşa bilərsiniz”.

Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Əlimirzə Məmmədov isə kənd sakinlərinin etirazını əsassız adlandırıb: “Sakinlərin bu narazılığı əsassızdır. Çünki yeni direktor təhsil nazirinin əmri ilə bu vəzifəyə təyin olunub. A. Həsənov bundan əvvəl Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Müəyyən problemlər olduğuna görə vəzifəsindən azad olunub. Amma A. Həsənov yaxşı direktor olub, direktor kimi nailiyyətləri var. Hazırda onunla birillik müqavilə bağlanıb. Sakinlər istəyirdilər ki, direktor kənd müəllimləri arasından seçilsin. Mən onlarla görüşdüm və izah etdim ki, direktor təyinatı nazirin əmri ilə olur. Onlar da başa düşdülər”.

Ə. Məmmədov həmçinin artıq etiraz edən valideynlərin bu gündən öz övladlarını dərsə göndərdiklərini bildirib.



Xəbər 1565 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +