Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


19.05.2018  12:05 

Ali məktəblərə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR





A+  A-

"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.
Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

XəzərNews.az bildirir ki, Modern.az-ın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması bu ilin sentyabrında gerçəkləşəcək.

Məlumatda bildirilib ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması ilə əlaqədar tezliklə Nazirlər Kabinetində müvafiq əmr imzalanacağı gözlənilir. Daha sonra isə hansı universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması məsələsinə baxılacaq. Həmçinin, hazırlıq qruplarında təhsil almaq üçün ödənişin məbləği müəyyənləşəcək.

Bundan əlavə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair təkliflər Milli Məclisə göndəriləcək.

Xəbər 1504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +