Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


06.12.2017  20:31 

AFFA xərəkdaşıyan uşaqlara görə bu klubu cərimələdi





A+  A-

AFFA İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqası, 1-ci divizion və əvəzedici heyətlərin son turlarında, həmçinin ölkə kubokunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” - “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur .

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 14-cü turunun “Səbail” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .

Əvəzedici heyətlərin 14-cü turunun “Qəbələ” - “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

Azərbaycan 1-ci divizionunun 12-ci turunun “Mil-Muğan” - “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 12-ci turunun “Zaqatala” - “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 88-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra Osman Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Şüvəlan” - “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” - “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 mərhələsinin MOİK - “Keşlə” matçında MOİK klubunun xərəkdaşıyan usaqlarla təmin etməməsinə görə klub klub 80 manat cərimə olunur.

Xəbər 1558 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +