Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


04.03.2024  14:08 

İran və ABŞ arasında diplomatik kanallar aktiv şəkildədir -Nasir Kənani





A+  A-

İranın nüvə proqramı və digər məsələlər üzrə İran və ABŞ arasında vasitəçi ilə diplomatik kanallar aktiv şəkildədir.

Xəzərnews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, diplomatik çərçivələrdə mesajlar göndərilir və qəbul edilir, bu istiqamətdə hər hansı dəyişiklik olmayıb.

Kənani əlavə edib ki, ABŞ-də hökumət dəyişikliyi Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) icrasında dəyişiklik yaratmır. ABŞ hökuməti birtərəfli qaydada JCPOA-nı tərk edib və bu məsuliyyət bu dövlətin üzərinədir.

“İranın əsas məqsədi ölkə əleyhinə tətbiq olunan birtərəfli sanksiyaların ləğvi və JCPOA çərçivəsində müəyyən olunan İran xalqı və dövlətinin hüququndan faydalanmasıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Xəbər 1020 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +