Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


31.07.2025  15:11 

Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?





A+  A-

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təhsil Tələbə Krediti formalaşdırılıb.

XəzərNews.az Milli.Az-a istinadla xəbər verir ki, qaydalardakı uyğunsuz tələblər bəzi vətəndaşlar üçün bu kreditləri əlçatmaz edib.

Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, o magistraturaya imtahan verib və ödənişli əsaslarla qəbul olub.

"Mənim qəbul olduğum ixtisasda 40-45 bal arası toplayanlar ödənişliyə düşüb, 45 baldan yuxarı toplayanlar isə ödənişsiz qəbul qazanıb. Mən də Təhsil Tələbə Krediti fonduna müraciət etdim, lakin müraciətimə imtina cavabı gəldi. Məlum oldu ki, bu krediti almaq üçün mən 50 balı keçməli idim. Bizim ixtisasda da 50 balı keçənlər onsuz da pulsuz da oxuyacaqlar. Onlar da kredit üçün müraciət edə bilməz, kreditə ehtiyacı olanlara da bu kredit verilmir".

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Emin Şeydayev açıqlama verərək bildirib ki, kreditlərin verilməsi bu qaydada olur ki, tələbənin sonuncu semesterde ortalama balı min. 71 bal və illik təhsil haqqının 20 faizini tələbə özü universitetə ödəməlidir:

"Birinci kursun ilk semesterində tələbənin ortalama balı olmadığı üçün qəbul balına baxılır. Bu da magistrlar üçün 2 formadadır. Qabiliyyət tələb edən ixtisaslar üçün 30 bal, normal ixtisaslarda isə 50 baldır. Bu bütün ixtisaslar üçün keçərlidir. Həmin tələbə bu qəbul balı ilə Təhsil Tələbə Krediti ala bilməyəcək, əgər uyğun gələrsə, sosial sosial növdə olan Təhsil Tələbə Krediti ala bilər. Bunun da şərti var ki, bunlardan biri tələbəyə aid olsa, sosial növdən yararlana bilər. Əgər sosial növdən yararlana bilmirsə, tələbə bu semester kəsrsiz oxuyaraq ortalama balını 71+ edərsə, ikinci semester üçün Təhsil Tələbə Kreditinə müraciət edə bilər. Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hər hansı ixtisasa görə dəyişmir. Yalnız qabiliyyət tələb edən ixtisaslarda qəbul balı 30 bal olaraq müəyyənləşdirilib. Bakalavrda da bu belədir. Normalda 250, qabiliyyət tələb edən ixtisaslarda isə 100 baldır".

Xəbər 204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +