Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


14.03.2024  13:56 

İlham Əliyev Jelka Tsviyanoviçi qəbul etdi - YENİLƏNİB





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

Xəzərnews.az xəbər verir ki, Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edildi. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğu vurğuladı.






Xəbər 1083 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +